SEVGİ HƏRDƏN ELƏ ƏBƏDİ OLUR Kİ... HƏTTA MƏZARA APARACAQ QƏDƏR ƏBƏDİ VƏ MÜQƏDDƏS...
Ürəyindən keçənləri-
Gözlərindən bilməliyəm,
Sən ağlasan ağlamalı,
Gülümsəsən gülməliyəm!
Həsrətindən üzülüb can,
Daş asılıb qollarımdan,
Bundan belə yollarımdan,
Duman-çəni silməliyəm!
İntizarı yarmaq üçün,
Səni inandırmaq üçün,
De, hökmənmi ölməliyəm?!
Baxış sayı:92
May 29, 2008 19:29 tarixində, YETƏR tərəfindən,
ŞEİRLƏR bölməsində yazılib.
Şərhlər(1)


Salam Yetər xanim. Blogumda olduğunuza və şəhr yazdığınıza görə çox sağ olun. Mən də, sizin xahişinizi yerə salmayıb blogunuza baxdım. Blogunuz xoşuma gəldi. Şerləriniz də çox gözəldir. Bilmək olar ki mənim saytımı hardan tapdınız? Siz, bu saytın arxa fonunu dəyişdirsəniz daha yaxşı olar. googledən daha yaxşı şəkil tapıb arxa fona vurmağı məsləhət görürəm. Nə isə. Sayta qonaq etdiyinizə görə çox sağ olun. uğurlar
May 31, 2008 16:09