Onsuz da hər şeyi məhv etmişik biz,
Qayıtma, nə olar, bir də qayıtma!
Yaşanan günləri unutmuşuq biz,
Qayıtma, nə olar, bir də qayıtma!
Bir daha geriyə dönən deyiləm,
Mən sənin oduna yanan deyləm,
Qarşında bu qədər sınan deyiləm,
Qayıtma, nə olar, bir də qayıtma!
Belə oyunları istəmirəm mən,
Oyunlu anları istəmirəm mən,
O sənli günləri istəmirəm mən,
Qayıtma, nə olar, bir də qayıtma!
Sevdamın alovu sönübdür artıq,
Ürəyim soyuyub, donubdur artıq,
Qəlbimə dəymisən, sınıbdır artıq,
Qayıtma, nə olar, bir də qayıtma!
Olanlar olubdur, unut onları,
Keçmişdə qalıbdır, unut onları,
Duyğular ölübdür, unut onları,
Qayıtma, nə olar, bir də qayıtma!
Baxış sayı:97
İyun 10, 2008 13:54 tarixində, YETƏR tərəfindən,
AYRILIQ bölməsində yazılib.
Şərhlər(1)


SAYTİNİZİ YENİ TAPMİSAM.AMMA COX MARAQLİDİR.
EHHH UNUTMAQ O QEDER DE ASAN DEYİL.
Sentyabr 18, 2008 20:15