İnana bilmirəm bu ayrılığa,
Bir çinar yarpağı budaqsız qalıb.
İnana bilmirəm bu haqsızlığa,
Elə bil dünyamın nuru azalıb.
İnana bilmirəm, unutmusanmı,
Yağmurlu payızı, o qarlı qışı,
İnana bilmirəm, ağlamısanmı,
Gecəyə düşübmü gözünün yaşı?
İnana bilmirəm, soyuq əllərim,
Sənin saşlarına həsrət qalacaq.
İnana bilmirəm, qəmli gözlərim,
Yolunu gözləyib, fikrə dalacaq.
İnana bilmirəm, mənim qapımı
Döyənim sənmisən, yolmu azmısan?
İnana bilmirəm, mənim adımı
Küləyə vermisən, göyə yazmısan.
İnana bilmirəm, qocalacaqsan,
Bir gün çıxacağam yolunun üstə.
İnana bilmirəm aparacağam,
Səni son mənzilə qollarım üstə.
İnana bilmirəm necə dözürsən,
Mən idim həyatın, mən idim arxan.
İnana bilmirəm, səni gəzirəm,
Üz-üzə gəlməkdən mən qorxa-qorxa.
Baxış sayı:100
İyun 10, 2008 14:03 tarixində, YETƏR tərəfindən,
AYRILIQ bölməsində yazılib.
Şərhlər(0)

