Reklam verin!

Qəribə bir fikir gəlib ağlıma,

Səni nağıllara aparacağam.

Hələki ümid var, ağlama, gülüm,

Səni nağıllara aparacağam. 

Bu həsrət min nağıl yadıma salıb,

Bu həyat de sənin nəyinə qalıb?

Hər şirin xəyalı qoynuna alıb,

Səni nağıllara aparacağam. 

Həyatın dibləri hərəsi bomboş,

Bu həsrət qarıdır, bizi ötür yaş,

Bir aylı gecədə GÜLÜM hazırlaş,

Səni nağıllara aparacağam.

Bəlkə bu dünyadan xatirə qaldı,

Hər nağıl bizlərə düşən misaldır,

Bütün nağılların sonu vüsaldır,

Səni nağıllara aparacağam. 

Bu sevgi nağıldır düzünə qalsa,

Nağılda duyulur sevgi duyulsa,

Sənə söz verirəm, yuxu da olsa,

Səni nağıllara aparacağam.


Bookmark and Share
Baxış sayı:97     İyun 14, 2008 14:33 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(2)


1
BEHRIYE yazıb:

BU SONSUZ KEDERDEN BAS AÇAMMIRIQ,SEVGİMİZ NAGİLDİR HEC UÇANMİRİQ.SEHRSİZ DUNYADA NUR SAÇANMİRİQ.SENİ NAGİLLARA APARACAGAM.2GÖYLERİN TEKİNDE ÖTÜŞECEYİK BİR SONSUZ SEVİNCE BİTİŞECEYİK. GÖZ YUMUB AÇİNCA YETİŞECEYİK,SENİ NAGİLLARA APARACAGAM.

Sentyabr 21, 2008 21:44

2
YeTeR yazıb:

Çox sağ olun. saytımızdan yan keçmədiyiniz üçün.

Sentyabr 22, 2008 15:17

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha