Reklam verin!
Bizimnet’ə qoşul sən də bizimnetçilərdən ol! Müsabiqə!Bizimnetçi olmaq istəyənlər üçün gözəl imkan. Əgər siz də Bizimnetin yəni bilavasitə Azərbaycan internetinin inkişafında yaxından iştirak etməklə bilik və bacarıqlarınızı bölüşmək istəyirsinizsə bizə qoşulmağınız kifayət edər.

1. Sayta üzv olduqdan sonra saytın imkanlarından istifadə etməklə yanaşı saytımıza siz də öz töhfənizi verə bilərsiniz. Yəni özünə, bilik və bacarıqlarına güvənən hər bir şəxs sayta xəbər yazıb bizimnetçilər qrupuna qatıla bilər. Bunun üçün nə lazımdır?


- İnternetdən normal istifadə etmək bacarığı;
- Azərbaycan dilində və Azərbaycan şriftləri ilə yazmaq bacarığı;

Sayta hər kəs öz bacarıqları və ya ixtisası çərçivəsində öz töhfəsini verə bilər. Müsabiqə ilə bağlı suallarınızı, sayta irad və təkliflərinizi mail@bizimnet.info email ünvanına fikirlərinizi yaza bilərsiniz.

Ən yaxşı xəbər yazan istifaçiləri müsabiqə yolu ilə saytın idarə heyətinə seçəcəyik.

Bookmark and Share
Baxış sayı:5     Noyabr 16, 2008 14:58 tarixində, YETƏR tərəfindən, MARAQLI bölməsində yazılib.   Şərhlər(0)
Baxış sayı:10     Noyabr 15, 2008 18:23 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Şərhlər(0)

ELTONun ifasından ən son mahnı.

MƏNƏ BAX.

ƏGƏR MAHNI ÜRƏYİNİZCƏDİRSƏ YÜKLƏYİN...


http://www.mp3-az.com/ru/download.php?id=5306&ass=elton_mene_bax.mp3


Bookmark and Share
Baxış sayı:11     Noyabr 15, 2008 18:16 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Şərhlər(0)

TALIB TALEnin ifasından ən son və gözəl bir mahnı

EŞQİM

SƏHİFƏNİN ARDINDAN YÜKLƏYİN...


http://myparlaq.com/yukle/download.php?file=411d91f5f85a722509818e1b998b69841208448215
Bookmark and Share
Baxış sayı:7     Noyabr 15, 2008 18:11 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Şərhlər(0)

BU BİLİYİNƏ GÜVƏNƏNLƏRİN YARIŞIDIR... 

Bu gün 114 saylı orta məktəbdə eləcə də digər məktəblərdə BİLİK YARIŞIna start verildi. 9 fənn olmaqla şagirdlər öz istəklərinə görə müxtəlif qruplara ayrıldılar.


1. Azərbaycan dili və ədəbiyyatı

2. Riyaziyyat (Cəbr-Həndəsə)

3. Azərbaycan tarixi

4. Biologiya

5. Qədim və orta əsrlər  tarixi

6. Fizika

7. Kimya

8. İnformatika

9. Coğrafiya

Hər fənn üçün ayrılmış xüsusi otaqlarda şagirdlər öz biliyini nümayiş etdirmək üçün bir-biri ilə sözün əsl mənasında rəqabət aparırdılar. Mən də həmin şagirdlərin arasında idim. Keçən il Azərbaycan dili və ədəbiyyatı üzrə müxtəlif nəaliyyətlər əldə etmişəm. Suallar oxuyan şagird üçün çox asandır. Mən bu fənn asan olduğu üçün yox, sadəcə öz doğma dilimə, öz doğma ədəbiyyatımıza vurğun olduğum üçün bu fənni seçdim.

BİLİYİ DAHA ÇOX OLAN QAZANSIN...


Bookmark and Share
Baxış sayı:6     Noyabr 14, 2008 13:46 tarixində, YETƏR tərəfindən, MARAQLI bölməsində yazılib.   Şərhlər(0)

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.


Ölümüm min yerə yozulacadır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni. 

Məni öz əlinlə məzara vermə,

Görmək istəmirsən, heç məni görmə,

Sən Allah, bu qədər günaha girmə,

Ümid ver yaşayım, öldürmə məni. 

Vallah, əllərimdə qalacaq yaxan,

Bilmirəm bu mənzil uzaqmı, yaxın?

Yaşamaq mənim də haqqımdır axı?!

Ümid ver yaşayım, öldürmə məni. 


Bookmark and Share
Baxış sayı:37     Oktyabr 26, 2008 15:55 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(2)

Nahaqdan doymuşam,mən haqq gəzirəm,

Başıma bir bəla, günah gəzirəm.

Mən ki məhəbbətdən uzaq gəzirəm,

Hardan ürəyimə doldu bu sevda?


Dərdə əyilməzdim, eşqə əyildim,

Bu eşqi Tanrının cəzası bildim,

Mən ki bu sevgiyə hazır deyildim

,Gül kimi əlimdə soldu bu sevda. 

Yenə mən olmadım ülfəti qıran,

Sevdimmi, eşqimdə ölüncə varam,

Kədəri bir dünya, sevinci bir an,

Məni bəlalara saldı bu sevda. 

Təkliyə sən necə dözürdün, Allah,

Bu eşqlə qəbrimi qazırdın, Allah,

Özünə şərikmi gəzirdin, Allah,

Sənə istəyimi böldü bu sevda.

Dərdə əyilməzdim, eşqə əyildim,

Bu eşqi Tanrının cəzası bildim,

Mən ki bu sevgiyə hazır deyildim,

Gül kimi əlimdə soldu bu sevda. 

Yenə mən olmadım ülfəti qıran,

Sevdimmi, eşqimdə ölüncə varam,

Kədəri bir dünya, sevinci bir an,

Məni bəlalara saldı bu sevda. 

Təkliyə sən necə dözürdün, Allah,

Bu eşqlə qəbrimi qazırdın, Allah,

Özünə şərikmi gəzirdin, Allah,

Sənə istəyimi böldü bu sevda.


Bookmark and Share
Baxış sayı:24     Oktyabr 26, 2008 15:51 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(1)

Biz xoşbəxt olmadıq sevənlər kimi,

İndi son bahartək sızlar qəlbimiz.

Bəlkə bu dünyaya gəlmişik, gülüm,

Artıraq dünyanın həsrətini biz.


Tənə də, giley də daha əbəsdir,

Bu sirli röyadan ayrılaq gərək.

Ya sən gecikmisən, ya mən tələsdim,

İndi sevə-sevə ayrılaq gərək.

Könül gizli-gizli yanacaq indi,

Bir damla göz yaşın dənizdi mənə.

Bizə xatirələr qalacaq indi,

Sənin xatirən də əzizdir mənə. 

Bilirəm, bu həsrət üzəcər səni,

Çalış, kölgə kimi sürünməyəsən,

Gözlərim hər zaman gəzəcək səni,

Çalış, gözlərimə görünməyəsən!!!...


Bookmark and Share
Baxış sayı:28     Oktyabr 26, 2008 11:18 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(0)

O yalançı illər günə dəyməzmiş,

Gül verdim, verdiyim gülə dəyməzmiş,

Gözümdə çağlayan selə dəyməzmiş,

Heyf, o sevgiyə, o məhəbbətə.


Bir dəfə ürəkdən gülə bilmədim,

Könlümü kimsəyə verə bilmədim,

Səndən başqasını sevə bilmədim,

Heyf, o sevgiyə, o məhəbbətə. 

Sənsiz gecələrim yuxu bilmədi,

İçimdə alışan ahı bilmədi,

Mən bildim, sən bildin, çoxu bilmədi,

Heyf, o sevgiyə, o məhəbbətə.

Özümün özümdən acığım gəlir,

Dostlarım kədərli, düşmənim gülür,

Ölən sevgimizə yazığım gəlir,

Heyf, o sevgiyə, o məhəbbətə. 

Sultanlıq taxtımız devrildi necə,

Küləksiz, tufansız çevrildi heçə.

O sevgi nifrətə çevrildi necə,

Heyf, o sevgiyə, o məhəbbətə. 


Bookmark and Share
Baxış sayı:17     Oktyabr 26, 2008 11:17 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(0)

Bu sevgidən sən qorxursan eybi yox,

Mən sevərəm ikimizin yerinə.

Bu eşq üçün bir gün dara çəksələr,

Mən gedərəm ikimizin yerinə.


Min əzabdır sənsiz keçən hər günüm,

Unutmuşam yaxşı, yaman fərqini.

Bu sevginin dağ əridən dərdini,

Mən çəkərəm ikimizin yerinə. 

Gül deyirəm, gül qəlbinə dəyirəm,

Mən səninçün tanrı yazan şeirəm,

Dodaqlarin inciməsin deyirəm,-

Mən ölərəm ikimizin yerinə... 

Taleyimdə son açılan gülümsən,

Süzüb qara gözlərini gülümsə,

Bu sevginin sonu əgər ölümsə

Mən ölərəm ikimizin yerinə...


Bookmark and Share
Baxış sayı:30     Oktyabr 26, 2008 11:13 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(1)

Qayıdıb gəlmisən gözləri yaşlı,

Deyirsən bir daha küsən deyilsən

.Hanı o vüqarın, o saymazlığın;

Yox, bu sən deyilsən, bu sən deyilsən.


Deyuirsən vaxt keçir, zaman gözləmir,

Dilin dediyini ürəyin demir.

Bu yalvaran gözəl sənə bənzəmir,

Yox, bu sən deyilsən, bu sən deyilsən.

Getdiyim hər yeri güdən sən idin,

Küsəndə aylarla itən sən idin,

Çırpıb qapıları gedən sən idin,

Yox, bu sən deyilsən, bu sən deyilsən. 

Deyirsən küsənlər barışar yenə,

Nə tez boyun əydin beş günlük qəmə?!

Özündən razılıq yaraşır sənə,

Yox, bu sən deyilsən, bu sən deyilsən. 

Dərdlisən, dərdini get danış suya,

Əl açma, alçalma mən verən paya,

Elə bil dilənçi gəlib qapıya,

Yox, bu sən deyilsən, bu sən deyilsən. 


Bookmark and Share
Baxış sayı:25     Oktyabr 26, 2008 11:06 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(2)
sinemƏgər mahnını bəyənirsinizsə, Buyurun yükləyin
rafet

http://tapdim.az/index.php?newsid=856

 

 


Bookmark and Share
Baxış sayı:48     Oktyabr 20, 2008 15:06 tarixində, YETƏR tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(2)

Dövr dəyişir, insanlar müasirləşməyə can atır. Elə bu yerdə həmin insanlara belə bir sual vermək istərdim: Siz müasirləşdiniz. Bəs keçmişiniz, onları necə müasirləşdirə bilərsinizmi? Təbii ki onu heç cürə müasirləşdirmək mümkün deyil.Amma nəinki öz keçmişini, eləcə də Azərbaycanımızın keçmişini yaşatmağı hər kəs bacara bilər.

İndiki dövrdə də 1990-ci illərə qədər çəkilmiş filmlər bir anlıq belə olsun insanı həmin dövrdə yaşamış kimi hiss etdirir. Bəs bu dövrdə necə, həmin hissləri insana yaşada biləcək filmlər çəkilirmi? Bu suala özüm cavab vermək istərdim: Bəli, elə filmlər çəkilir. O filmlərdən biri İTRYS İnformasiya Departamentinin Böyük Redaktoru Nicat Qafuroğlunun öz komandası ilə birlikdə çəkdiyi filmidir. O filmi sayta yerləşdirə bilməsəm də, həmin filmdən bir neçə şəkilləri sizə təqdim edirəm. Buyurun, baxın.Fikirlərinizi bildirməyi unutmayın...


http://box.az/cgi-bin/webmail/viewattach.pl/300920081356.jpg?id=yeter-session-0.33437939717259&message_id=cur%2F1224319540.14332.core%2CS%3D8531019%3A2%2CS&folder=INBOX&attachment_nodeid=0-1

 

http://box.az/cgi-bin/webmail/viewattach.pl/011021388.jpg?id=yeter-session-0.33437939717259&message_id=cur%2F1224319540.14332.core%2CS%3D8531019%3A2%2CS&folder=INBOX&attachment_nodeid=0-2

 

http://box.az/cgi-bin/webmail/viewattach.pl/021020081412.jpg?id=yeter-session-0.33437939717259&message_id=cur%2F1224319540.14332.core%2CS%3D8531019%3A2%2CS&folder=INBOX&attachment_nodeid=0-3

 

http://box.az/cgi-bin/webmail/viewattach.pl/300920081352.jpg?id=yeter-session-0.33437939717259&message_id=cur%2F1224319540.14332.core%2CS%3D8531019%3A2%2CS&folder=INBOX&attachment_nodeid=0-4

 

http://box.az/cgi-bin/webmail/viewattach.pl/011020081372.jpg?id=yeter-session-0.33437939717259&message_id=cur%2F1224319540.14332.core%2CS%3D8531019%3A2%2CS&folder=INBOX&attachment_nodeid=0-5

 

http://box.az/cgi-bin/webmail/viewattach.pl/031020081431.jpg?id=yeter-session-0.33437939717259&message_id=cur%2F1224319540.14332.core%2CS%3D8531019%3A2%2CS&folder=INBOX&attachment_nodeid=0-6

 

http://box.az/cgi-bin/webmail/viewattach.pl/290920081334.jpg?id=yeter-session-0.33437939717259&message_id=cur%2F1224319540.14332.core%2CS%3D8531019%3A2%2CS&folder=INBOX&attachment_nodeid=0-7

 

http://box.az/cgi-bin/webmail/viewattach.pl/tezlikle+ekranlarda.doc?id=yeter-session-0.33437939717259&message_id=cur%2F1224319540.14332.core%2CS%3D8531019%3A2%2CS&folder=INBOX&attachment_nodeid=0-8


Bookmark and Share
Baxış sayı:18     Oktyabr 19, 2008 12:35 tarixində, YETƏR tərəfindən, MARAQLI bölməsində yazılib.   Şərhlər(0)

Səhnəmizin brilliantı Brilliant Dadaşovadan super bir mahnı-AMMAN. Əgər mahnı ürəyinizcədirsə yükləyin...Brilliant

Buyurun


http://www.mp3-az.com/ru/download.php?id=5067&ass=brilliant_dadashova_aman_turkish_english.mp3


Bookmark and Share
Baxış sayı:33     Oktyabr 18, 2008 16:42 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Münasibətniz(0)

Meni sen ozune yarashdirmadin
Heyatdan sen meni kusgun eledin
Dedin ki sen mene layiq deyilsen
Sevgi hislerimi alt ust eyledin



Men seni sevirdim urekden inan
Sevgi cavabina hazirdim her an
Ne oldu vefasiz chixdin sevgilim
Hemin o gulushler yalanmish yalan !


Bookmark and Share
Baxış sayı:50     Sentyabr 24, 2008 13:05 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(1)

Gettin...
Men arxanca sadece baxdim...
Lakin... Lakin soylenecek o qeder seyim vardi ki,,
Gedersen, sene dair ne varsa mende icimde saxlayacam.
Gedersen, sönecek iзimdeki alov ve bir daha kimse yandira bilmeyecek o alovu.
Gedersen, qaranliga mehkum edeceksen gozlerimi, o qaranliqda yolumu
itirecem
...deyeceydim sene...
DANISA BILMEDIM...


Gettin...
Gidisini gцrmemek ucun gozlerimi yumdum.
Ele acidi ki, icim; tutub qoparsalardi qollarimi, ayaqlarimi hec bir aci
hiss etmezdim.
Acim yash olub axmaliydi gozlerimden.
AGLAYA BILMEDIM...

Gettin...
Seni delicesine bir sevgi ile sevirdim...
Arzum seninle olmaqdi, arzum teninde erimek, arzum heyati sadece
seninle paylasmaqdi.
ANALADA BILMEDIM...

Gettin...
Gedisinin qarsisini almaq ucun ellerini tutmaliydim.
Ellerim deyilmiydi her sene toxunanda titreden? titreyirdin yene,
bilirem.
Bir defe toxunsam, bir defe tutsam ellerini, getmek uзun yigdigin butun
cesaretin iterdi.
TUTA BILMEDIM...

Gettin...
Bir yixim kimiydi gedisin.
Sen addim addim uzaqlasarken menden, cokub qaldi bedenim oldugu yerde.

Nece terk edilislere dayanan bu urek, bu defe yenilmisdi.
Bu qeder zeif deyildim men qalxmaliydim.
QALXA BILMEDIM...

Gettin...
Ele geldiyin gun gedeceyini bilirdim.
Hazir idim gedisine. Qacaq zamanlari yasayirdiq birlikde. Zaman bitecek ve sen
gedeceydin.

Men ise gedisinin ertesi gun heyatima qaldigim yerden davam edeceydim.
DAVAM EDE BILMEDIM...



Gettin...
Bir sey soyledinmi gederken?..
"Qal" demeyimi istedinmi?
Son bir defe "Seni Sevirem" dedinmi?...
"Gozle meni donecem bir gun..." deye umid verdinmi?..
Beynim ele uguldayirdi ki,
ESHIDE BILMEDIM...

Gettin...
Hara getdiyin onemli deyildi.
Minlerce km. uzaqda da olsan, iki metr yaxinligimda ferqi yox idi. Artiq
yox idin Esl bu dusunce meni yandirib yaxir.
Qurtulmaliydim senden, bu yoxluq dusgusundan qurtulmaliydim.
QURTULA BILMEDIM...

Gettin...
Unudulanlarin icine qarishmaliydin.
Butun xatireleri bir sandiga qoyub heyati yeniden tutmaliydim.
Bu mehebbet noqtelenmeliydi, bu sevdadan vazkechmeliydim.
BACARMADIM...

Gettin...
Bir denizin ortasinda, tek istiqametini itirmis bir gemide boyuk dalgalarla
bogusan bir denizchiyem
artiq.
BIL KI SEVMEKTEN VAZKEЗMEDIM SENI HECH VAXT,
BIL KI SENINLE BIRLIKDE, SEVGIMI DE DASIYACAM ЬREGIMDE,
BIL KI;
SENI HECH VAXT UNUTMAYACAGAM




Bilirem sen eslinde hec bir zaman gelmedin mene.
Esitmirsen !
Getme deyirem sene,getme !
Qishqiriqlarim bogulur qaranliq kucelerde.
Gece qorxunc, gece sessiz, gece yalniz...
Sesim kesilir
Gedisin bitisi olacaq ureyimdeki heyecanin,
Gedisin sцnьsь olacak gцzlerimdeki alovun.
Meni,ьreyimdeki sevgini,
Gцzlerimdeki bitmek bilmeyen umidi unutdun!
Ama ne olar bunu unutma.
Gedisin dindire bilmez bu firtinani.
Bir firtinanin ugultusuyla seslenirem sene;
GETME....



Bookmark and Share
Baxış sayı:43     Sentyabr 24, 2008 12:59 tarixində, YETƏR tərəfindən, SEVGİ bölməsində yazılib.   Şərhlər(0)
Ən çox sevdiyim müğənninin ifasından <<4 Minutes>> adlı kompazisiya. Səhifənin ardında yekləmə var.
http://www.mp3-az.com/ru/download.php?id=4417&ass=madonna_4_minutes_feat_justin_timberlake_vanguards_remix.mp3
Bookmark and Share
Baxış sayı:47     Sentyabr 21, 2008 14:11 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Şərhlər(0)

Sevən ürəklər qrupundan super ifalar. İlk öncə Heç kim


http://www.mp3-az.com/ru/download.php?id=692&ass=seven_urekler_hech_kim.mp3


Bookmark and Share
Baxış sayı:47     Sentyabr 21, 2008 9:43 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Şərhlər(3)
Baxış sayı:55     Sentyabr 20, 2008 17:50 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Şərhlər(2)
Minkushka.azeriblog.com

Sev ki, sən də seviləsən!


Bu sayt mənim ən yaxın dostuma aiddir.

http://minkushka.azeriblog.com

Bu saytda ən çox sevgi haqqında məlumat veriləcək. Sevmək gözəldir amma gərək sevdiyin de səni sevsin.


Bookmark and Share
Baxış sayı:67     Sentyabr 12, 2008 21:22 tarixində, YETƏR tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(1)
Nokialar üçün C-strike. Yükləmək istəyirsən? Onda səhifənin ardına keç!
http://www.boxca.com/yaijfqdi73pd/CStrike_mobile.jar.htm
Bookmark and Share
Baxış sayı:53     Sentyabr 12, 2008 19:07 tarixində, YETƏR tərəfindən, Oyunlar bölməsində yazılib.   Şərhlər(0)
Nokia markalı telefonlar üçün GTA-1. Səhifənin ardında yükləmə var. Buyurun.

http://www.boxca.com/ly1rm0j6vv1l/1_gta_240x320.jar.htm


Bookmark and Share
Baxış sayı:46     Sentyabr 12, 2008 18:46 tarixində, YETƏR tərəfindən, Oyunlar bölməsində yazılib.   Fikirləriniz(0)
Bir daha  qarşına çıxa bilmərəm,
Son dəfə elini sıxa bilmərəm,
Sənin gözlərinə  baxa bilmərəm,
Əlvida deməden çıxıb gedəcəm!



Dərd yedi sinəmde ürəkmi qaldı,
Sen  dedin nəyisə, deməkmi qaldı,
Daha  elvidaya gərəkmi qaldı,
Əlvida demədən çıxıb gedəcəm!

Sevməyim, unudum, neyləyim axı,
Budur taleyimin acı sınağı,
Vallah bacarmaram vidalaşmağı,
Əlvida demeden çıxıb gedecem!


Nə deyim, elvida  gəlmedi dilə,
Qayıtma  gəldinsə sən bilə-bilə,
Məndən incisən də, küssən də belə,
Əlvida demədən çıxıb gedəcəm!

Bəlkə qarşılaşdıq səninlə hərdən,
Mənimlə üz-üzə, göz-gözə  gəlsən,
Sən mənə əlvida deyəcəksən, mən,
Əlvida demədən çıxıb gedəcəm!

Bookmark and Share
Baxış sayı:62     Sentyabr 11, 2008 21:16 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(3)

AXİRƏT NƏDİR? 

İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur:
“Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” [Qiyamət surəsi, 36]
Bu da insanın bir məqsəd üçün yaradıldığını göstərir.




Yenə Qurani-Kərimin bildirdiyinə görə, “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” [Zəlzələ surəsi, 7-8]
Bu da insanın dünyada ikən etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir.

İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün bu dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır.

Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən bir insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox olacaqdır. Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca Allah sonsuz qüdrətiylə yeni bir aləm yaradacaq. Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin qarşılığını görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə sorğu-sual ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır.

Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən ayrılması və sonsuz bir aləmə köçməsidir.

İnsanın ölümüylə bədəndən ayrılan ruh, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar. Qəbirdə Münkər və Nəkir adında iki mələk insana bir sıra önəmli suallar verərlər. Bu sualların başlıcaları: “ Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kitabın nədir?” suallarıdır. Dünyadaykən iman edib xeyir işlər görənlər bu suallara doğru cavab verərlər. İmanı tam olmayanlar isə bu suallara doğru cavab verə bilməzlər. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.a.v) qebirdə inasanların bu fərqli hallarını belə təsdiqləməkdədir:
“Qəbir hər insan üçün dünyadakı durumuna görə ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur”.
Bundan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir həyatı yaşayacaqdır.

Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir.

Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar.

Bookmark and Share
Baxış sayı:39     Sentyabr 11, 2008 16:47 tarixində, YETƏR tərəfindən, Dini bölməsində yazılib.   Şərhlər(0)

Kədərdən yaranan sevinc,

Mən səni həmişə qəmli görmüşəm!

Kədərdən yoğrulub gözün də sənin,

Üzündə gülsən də fikir vermişəm!


Küsüb sözlərimdən, incimə məndən,

Mənim də ürəyim çox parçalanıb.

Görünür biz elə doğulan gündən,

Bizim taleyimiz qoşa yaranıb.

Çarəsiz qəlbimin son ümüdüylə,

Dərdimi hamıya çox demişəm mən,

Görünür səhv düşüb ana südüylə,

Dünyaya gələndə qəm yemişəm mən.

Sevinci, vüsalı sona yetirən,

Ömrümüz, günümüz hədərdir bəlkə.

Məni sənə doğru çəkib gətirən,

Gözümdən oxunan kədərdir bəlkə.

Yaxşı ki tapmışıq bir-birimizi,

Hər kəsdən yaxındır bizə kədər, qəm.

Mən səni sevmişəm, düzün deyim ki,

Sən məni həmişə qəmli görmüsən.

Ayrılıq deyilmi sonuncu döngə,

Ayrılsaq onsuz da kim nə itirər.

Dərdimiz, qəmimiz qovuşsa bəlkə,

Bizim ömrümüzə sevinc gətirər.


Bookmark and Share
Baxış sayı:64     Sentyabr 11, 2008 11:18 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(0)
Baxış sayı:55     Sentyabr 10, 2008 21:31 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Şərhlər(0)
Baxış sayı:48     Sentyabr 10, 2008 21:13 tarixində, YETƏR tərəfindən, MP3 bölməsində yazılib.   Şərhlər(0)

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə,  (bunun vasitəsilə) siz pis əməllərdən çəkindiniz! 

(Bəqərə surəsi, ayə 183)


ORUCUN HÖKMLƏRİ. 

v    Oruc tutmaq Allah-təalanın əmrini yerinə yetirmək niyyəti ilə sübh azanından şam azanınadək onu batil edən şeylərdən çəkinmək deməkdir.

v    Niyyəti dil ilə tələffüz etmək vacib deyil, onu qəlbdən keçirtmək kifayətdir.

v    Sübh azanından bir qədər əvvəl orucu batil edən şeylərdən çəkinmək, həmçinin şam azanından bir qədər sonra iftar etmək lazımdır ki, orucun vaxtına düzgün riayət edilməsində tam yəqinlik olsun.

v    Ramazan ayının orucunu həm bir aylıq, həm də gündəlik niyyət etməklə tutmaq olar.Niyyətin vaxtı gecədən sübh azanına qədərdir.

v    Niyyət etməyib sübh azanından əvvəl yatan şəxs günortadan əvvəl (zöhr namazından əvvəl) oyanıb niyyət edərsə, onun orucu, istər vacib olsun, istərsə də müstəhəb, düzgün olar.Lakin günortadan sonra oyanarsa vacib orucun niyyətini edə bilməz.

v    Ramazan ayı olduğunu bilən şəxs nəzr və qəza orucu kimi başqa orucu niyyət etsə, həmin günün orucu batil olar.

v    Sübh azanından əvvəl niyyət edib yatan şəxs axşam azanından sonra oyanarsa, orucu düzgündür.

v    Xəstə şəxs Ramazan ayında günortadan əvvəl sağalıb, bu anadək orucu batil edən bir iş görmədiyi haldatəqdirdə vacib ehtiyata əsasən niyyət edib həmin günü oruc tutmalıdır. Amma günortadan sonra sağalarsa həmin gene oruc tutmaq ona vacib deyildir.    

ORUCU ON ŞEY BATİL EDƏR: 

1.     Yemək

2.     İçmək

3.     Allahın, Peyğəmbərin və İmamların haqqında və onların adından yalan iftira etmək.

4.     Qatı tozun boğaza yetişməsi.

5.     Başı tamamilə suya batırmaq.

6.     Özünü bilərəkdən qusdurmaq.

7.     Maye halında olan maddələrlə imalə etmək.

8.     Sübh azanınadək cənabətli, yaxud heyzli və nifazlı qalmaq.

9.     Cinsi əlaqə.

10. Onanizm (özündən sperma xaric etmək)   

v    Oruc tutan şəxs əgər bilərəkdən növ və miqdarından asılı olmayaraq bir şey yesə və ya içsə, onun orucu batildir.

v    Yemək əsnasında sübh azanı vaxtının çatdığını bilən şəxs yeməkdən əl çəkib boğazındakı tikəni çıxartmalıdır.Əgər bilərəkdən həmin tikəni udsa orucu batildir.

v    Oruc tutan şəxs bilmədən və ya unudaraq bir şey yesə və ya içsə, orucu batil olmaz.

v    Dişlərin arasında qalmış yemək qalıqlarını bilrəkdən udmaq orucu batil edir.

v    Ağız suyunu və ağız boşluğuna çatmayan bəlğəmi udmaq orucu batil etmir.

v    Boğaza yetişməmək şərti ilə yeməyin dadına baxmaq və körpə üçün yeməyi çeynəmək orucu batil etməz. Bu halda yemək təsadüfən boğaza yetişsə, orucu batil olmaz.

v    Gündüz yatdığı halda oruc tutan şəxsdən sperma xaric olarsa, orucu batil olmaz.

v    Bədənin qalan hissəsi istisna olmaqla başı tamamilə suya salmaq orucu batil edər. Amma əksinə, bədəni tamamilə suya batırıb başın bir hissəsi xaricdə qalsa belə orucu batil deyildir.

v    Ramazan ayının orucu kimi vacib oruc tutmaq istəyən şəxs qüsl üçün kifayət etməyən vaxt miqdarında sübh azanınadək cənabətli qalarsa, təyəmmüm edib  oruc tutmalıdır. Ehtiyata əsasən həmin günün orucununqəzasını tutmaq müstəhəbdir.

v    Sübh azanından əvvəl heyz və ya nifas qanından azad olan qadın bilərəkdən qüsl və təyəmmüm etməzsə, orucu batildir.

v    Sübh azanından sınra heyz və ya nifas qanından azad olan, həmçinin, şam azanına bir neçə dəqiqə qalmış olsa da belə heyz və ya nifas qanı görən qadının orucu batildir.

v    Meyitə toxunan şəxs məssi-meyit ( meyitə toxunma) qüslunu almadan oruc tuta bilər və oruc əsnasında meyitə toxunmaq orucu batil etmir.

v    Məcburiyyət qarşısında olsa da belə maye halında olan şeylərlə imayə etmək orucu batil edir.

v    Xəstəlik və ya başqa səbəbə görə məcburiyyət  qarşısında bilərəkdən özünü qusduran şəxsin orucu batildir və ona kəffarə vacib olmaz, amma səhvən qusmağın eybi yoxdur.

v    Qusmağın qarşısını almaq oruc tutan şəxsə zərər və məşəqqət verməyəcəksə, bunu etməlidir.

v    Oruc tutan şəxsə bir neçə şey məkruhdur(günahdır):

1.     Gözə dad və iyi boğaza yetişəcək dərman tökmək və ya sürmə çəkmək;

2.     Çox çimmək və qan almaq kim