Reklam verin!

Söz verdiyin vaxtdan keçir bir saat

Yenə də görüşə gecikirsən sən

Gecikdiyin vaxtı

Saat ba saat

Üst-üstə toplasam bir ömür eylər


Bir ömür gözlətdin məni bu parkda

Bir ömür oturdum bu skamyada

Saata baxmaqdan, saat da bezib

Əqrəblər etiraz eləyir mənə

Əsəbi yerişdən bu park da bezib 

         Mən parkı tapdaram, … Park məni əzir

Bilirəm sonunda gəlib çıxarsan

bir kəlmə «bağışla» söyləməyərsən

bəlkə də doğurdan gecikməmisən

bəlkə mən tələsdim səni sevməyə

Müəllif: Nicat Qafuroğlu  


Bookmark and Share
Baxış sayı:61     İyul 24, 2008 19:16 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(1)


1
Yetər yazıb:

Salam. Bir blog admini olaraq hamınızı öz saytımda görməyə çox şadam. Sizlərə jurnalist-şair olan Nicat Qafuroğlunu şeirlərini təqdim edirəm. Oxuyun. Oxuduqdan sonra şərh yazaraq fikirlərinizi bildirin.

İyul 27, 2008 13:29

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha