Reklam verin!

Bu sevgi bir ağrıdır


Neçə ildir ağrıdır

 

Dözürəm ağrısına...


Bu elə bir ağrıdır...



Diş ağrısı deyil ki,


Çəkim canım qurtarsın!!


Dözüm mən bircə anlıq


Şakilmək ağrısına...

Bu sevgi bir ağrıdır,


Neçə ildir ağrıdır!!


Ağrıdan fəryad etdim


Satmır heç kimə səsim


Bu sevgi baş ağrısı


Başımı necə kəsim???!!!


Başsız yaşamaq olmur


Nə qədər var nəfəsim


Ağrıya dözməliyəm


Eşqsiz yaşamaq olmur


Odsuz yandırıb yaxan


Sevgimin yanğısıdır


Ən dözülməz ağrı da


Məhəbbət Ağrısıdır   

 

    Müəllif:   Nicat Qafuroğlu


Bookmark and Share
Baxış sayı:72     İyul 27, 2008 13:19 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(3)


1
Yetər yazıb:

Salam. Bir blog admini olaraq hamınızı öz saytımda görməyə çox şadam. Sizlərə jurnalist-şair olan Nicat Qafuroğlunu şeirlərini təqdim edirəm. Oxuyun. Oxuduqdan sonra şərh yazaraq fikirlərinizi bildirin.

İyul 27, 2008 13:27

2
minkushka yazıb:

cox sagol canim menim.

Sentyabr 12, 2008 19:06

3
YeTeR yazıb:

Minkushum sen de cox cox cox sag ol!

Sentyabr 12, 2008 19:10

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha