Reklam verin!

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.


Ölümüm min yerə yozulacadır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni. 

Məni öz əlinlə məzara vermə,

Görmək istəmirsən, heç məni görmə,

Sən Allah, bu qədər günaha girmə,

Ümid ver yaşayım, öldürmə məni. 

Vallah, əllərimdə qalacaq yaxan,

Bilmirəm bu mənzil uzaqmı, yaxın?

Yaşamaq mənim də haqqımdır axı?!

Ümid ver yaşayım, öldürmə məni. 


Bookmark and Share
Baxış sayı:90     Oktyabr 26, 2008 15:55 tarixində, YETƏR tərəfindən, ŞEİRLƏR bölməsində yazılib.   Şərhlər(2)


1
valeh122 yazıb:

salam yeter xanim blogunuz gunu-gunden maraqli olur men sizin blogu daim izleyirem sadece olaraq sherh yazmaga vaxtim olmur chox men sizin blogda istirahhet edirem bir sozle beynim achilir ish vaxtim qurtaran kimi sizin blogunuza tewrif buyururam

Noyabr 13, 2008 17:05

2
YeTeR yazıb:

Valeh bey cox sag olun deyerli sozleriniz ucun . Calisacam saytda yenilikler olsun ki siz de rahat istirahet ede bilesiz. Qizil kimi deyerli vaxtinizi bize ayirdiginiz ucun <TESEKKURLER>

Noyabr 14, 2008 13:23

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha